22/12/2018

“Sumqayıt” FK-nın U-12 komandası Avropa Liqası muzeyinin açılışında iştirak edib


Bu gün Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeyin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin üzvləri iştirak ediblər. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları muzeydə nümayiş olunan eksponatlarla tanış olublar. Rəsmi hissə başa çatdıqdan sonra muzeyin ilk ziyarətçiləri AFFA-nın U-12 Liqasında çıxış edən Topaz Premyer Liqası klublarının müvafiq yaş qrupundan ibarət komandalarının üzvləri olub. Aralarında “Sumqayıt” FK-nın 12 yaşlılardan ibarət komandası da olan futbolçular üçün əyləncəli proqram təşkil edilib.