14/03/2012

U-15 komandamız böyükhesablı qələbə qazanıb


«Kapital Bank U-15 Liqası»nda XVI turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubunun 15 yaşadək futbolçulardan ibarət komandası səfərdə ROİL-ə 4:0 hesabı ilə qalib gəlib. Komandamızdan qolları Fərid Rəcəbli (2), Fərid Kərimzadə və Əsəd Məsimov vurub.
Qeyd edək ki, bir gün əvvəl U-17 komandamız "Azercell U-17 Liqası" çərçivəsində "Neftçi" üzərində əzmkar qələbə qazanmışdı (3:2).