19/12/2018

"Sumqayıt" FK Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yüksəlib


Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunu
"Sumqayıt" - "Neftçi" 0:1 (ümumi hesab 2:1)
19 dekabr 2018. Saat 19:00. “Kapital Bank Arena”, 1200 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Cavanşir Yusifov
Dördüncü hakim: Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Sarı vərəqələr: Arif Daşdəmirov, 23 (qeyri-idman hərəkəti), 85 (qeyri-idman hərəkəti); Əli Babayev, 33 (hakimin qərarına etiraz); Bəxtiyar Həsənalızadə, 62 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 84 (hakimin qərarına etiraz); Aleksey İsayev, 90+7 (qeyri-idman hərəkəti) // Ömər Buludov, 28 (qeyri-idman hərəkəti); Kiril Petrov, 85 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Arif Daşdəmirov, 85
Qollar: Namiq Ələsgərov, 43
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 7 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
7. Cavid Tağıyev
(97. Xəyal Nəcəfov, 46)
10. Aleksey İsayev
11. Atilla Yıldırım
(17. Nicat Qurbanov, 81)
14. Bəxtiyar Həsənalızadə
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
(18. Süleyman Əhmədov, 88)
74. Yusif Nəbiyev
99. Əli Babayev

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
6. Səbuhi Abdullazadə
8. Orxan Əliyev
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev

Baş məşqçi: Ayxan Abbasov

“Neftçi”
1. Səlahət Ağayev
21. Məhəmməd Mirzəbəyov
(70. Əli Şirinov, 87)
25. Kiril Petrov (k)
28. Slavko Braliç
26. Ömər Buludov
(77. Elvin Sərkərov, 81)
17. Rəhman Hacıyev
6. Qoran Paratski
7. Namiq Ələsgərov
93. Soni Mustivar
(4. Rəşad Eyubov, 82)
9. Baqali Dabo
22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular:
12. Kamran İbrahimov
94. Rəşad Əzizli
33. Ricat Qarayev
18. Tural Axundov
37. Vüsal Əsgərov

Baş məşqçi: Roberto Bordin

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib. “Sumqayıt” FK “Kapital Bank Arena”da “Neftçi”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada komandamızın 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq, hər iki oyunun nəticəsinə əsasən rəqibini 2:1 üstələyən Ayxan Abbasovun yetirmələri adını yarımfinala yazdırmağı bacarıb. Qeyd edək ki, “Sumqayıt” FK adıçəkilən mərhələdə “Zirə” ilə qarşılaşacaq.

Ayxan Abbasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Yarımfinala yüksəlməyimiz sevindiricidi. Həqiqətən rəqibin “Neftçi” olduğunu biləndə nə dərəcədə çətin olacağını anlayırdıq. Futbolçularımız xarakter göstərdi. Ancaq bu gün azarkeşlərimiz bizim üstünlüyümüz idi. Onların möhtəşəm dəstəyini qeyd edərdim. Futbolçularımızın istəyi “Neftçi”dən üstün idi. Əlbəttə, rəqib futbolçular ustalıq baxımından bizdən aşkar üstün idilər. Ancaq hər iki oyunda futbolçularımız daha istəkli idi. Komandamızın fiziki hazırlığı məni qorxudurdu. Üç gündən bir oynamağa hazır deyilik. Müəyyən anlarda əks-hücumlar yaxaladıq. Ancaq psixoloji cəhətdən təzyiq öz işini gördü. Qışdan sonra daha hazırlıqlı olmağa çalışacağıq”.