19/12/2018

"Sumqayıt" FK "STATSports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb


"Sumqayıt" Futbol Klubu dünyaca məşhur "STATSports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə əsasən, klubumuz adıçəkilən şirkətin xidmətindən istifadə edəcək və onun müqabilində oyun geyimlərinin qol nayihəsində həmin şirkətin tanınma nişanı yer alacaq. Müqavilə 2019-cu ilin sonuna qədər qüvvədədir.

Qeyd edək ki, "Yuventus", "Roma", "Mançester Yunayted", "Mançester Siti", PSJ, "Liverpul", "Tottenhem" kimi Avropa nəhəngləri məhz "STATSports"la əməkdaşlıq etməkdədir.