18/12/2018

"Sumqayıt" - "Neftçi" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək


Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Neftçi" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək. Namiq Hüseynov və Cavanşir Yusifov yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Nicat İsmayıllı olacaq. Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması 19 dekabr, saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

19 dekabr (çərşənbə)

“Sumqayıt” – “Neftçi”
Hakimlər:
Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
“Kapital Bank Arena”, 19:00 (CBC Sport, canlı)