17/12/2018

"Sumqayıt" FK "Neftçi" ilə cavab oyununa hazırlıqlarını davam etdirir


Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi"ni qəbul edəcək olan "Sumqayıt" FK hazırlıqlarını davam etdirir. Komandamız Ayxan Abbasovun rəhbərliyi altında növbəti məşqini keçirib.
14-cü turda zədələnən Əfran İsmayılov artıq sıraya dönüb. Şəhriyar Əliyev isə məşqdə iştirak etməyib. Bundan başqa əvəzedici heyətdən Səbuhi Abdullazadə və Baxşəli Baxşəliyev əsas komandaya cəlb olunub.
1.5 saat davam edən hazırlıq prosesində müxtəlif fiziki və toplu hərəkətlərlə yanaşı bir sıra taktiki gedişlər üzərində də çalışılıb.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması 19 dekabr, saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.