15/12/2018

"Sumqayıt" FK 1/4 finalın ilk oyununda "Neftçi"ni səfərdə məğlubiyyətə uğradıb


Azərbaycan Kuboku, 1/4 final mərhələsi, ilk oyun
"Neftçi" - "Sumqayıt" 0:2

15 dekabr 2018. Saat 19:00. “Bakcell Arena”, 1000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Akif Əmirəli
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Səlahət Ağayev, 26 (qeyri-idman hərəkəti); Tural Axundov, 72 (qeyri-idman hərəkəti); Rəhman Hacıyev, 86 (qeyri-idman hərəkəti); Anton Krivotsyuk, 86 (qeyri-idman hərəkəti); 88 (hakimi aldatmağa cəhd) // Şəhriyar Əliyev, 45+1 (qeyri-idman hərəkəti); Arif Daşdəmirov, 70 (oyunun bərpasını ləngitdiyinə görə); Vurğun Hüseynov, 79 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Anton Krivotsyuk, 88
Qollar: Əli Babayev, 28 (p.); Şəhriyar Əliyev, 45+5
Artırılan vaxt: I hissədə - 4 dəq; II hissədə - 4 dəq.

“Neftçi”
1. Səlahət Ağayev
18. Tural Axundov
25. Kiril Petrov (k)
5. Anton Krivotsyuk
26. Ömər Buludov
17. Rəhman Hacıyev
6. Qoran Paratski
(7. Namiq Ələsgərov, 68)
10. Dario Federiko
93. Soni Mustivar
9. Baqali Dabo
22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular:
12. Kamran İbrahimov
28. Slavko Braliç
77. Elvin Sərkərov
33. Ricat Qarayev
21. Məhəmməd Mirzəbəyov
70. Əli Şirinov
4. Rəşad Eyubov
37. Vüsal Əsgərov

Baş məşqçi: Roberto Bordin

“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
4. Şəhriyar Əliyev
(77. Murad Xaçayev, 66)
10. Aleksey İsayev
11. Atilla Yıldırım
(17. Nicat Qurbanov, 76)
14. Bəxtiyar Həsənalızadə
21. Arif Daşdəmirov
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov
99. Əli Babayev
(7. Cavid Tağıyev, 53)

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
6. Səbuhi Abdullazadə
8. Orxan Əliyev
18. Süleyman Əhmədov
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. "Sumqayıt" FK "Bakcell Arena"da "Neftçi"nin qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada Ayxan Abbasovun yetirmələri 2:0 hesablı qələbə qazanaraq, cavab oyunu öncəsi sərfəli nəticə əldə edib. Qeyd edək ki, tərəflər arasındakı növbəti matç 19 dekabr, saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Səfərdə oynayırdıq, özü də liderə qarşı. Vaxtımız da az idi. Doğrudu, “Neftçi”ylə yenicə çempionatda oynamışdıq və rəqibə bələd idik. Bir qədər fərqli oynadıq. Meydan sahiblərini analiz etmişdik. Bəlkə də 2:0 bizə üstünlük qazanması barədə təəssürat yarada bilər. Lakin Sumqayıtda bundan da çətin olacaq. Üstəlik, bir neçə futbolçu da zədələndi. “Neftçi”ni keçə bilsək, bu, “Sumqayıt” üçün böyük uğur olacaq. Əsas odur ki, ikinci oyunda da istədiyimiz futbolu sərgiləyək".