14/12/2018

"Sumqayıt" - "Neftçi" qarşılaşması saat 19:00-da start götürəcək


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının başlama saatı müəyyənləşib. "Sumqayıt" - "Neftçi" qarşılaşması dekabrın 19-da "Kapital Bank Arena"da baş tutacaq və saat 19:00-da start götürəcək. Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.