14/12/2018

"Sumqayıt" FK əvəzedicilər / STATİSTİKA


I Divizionda 2018/2019 mövsümündə ilk dövrəyə yekun vurulub. “Sumqayıt-2” qış fasiləsinə 10 qələbə, 3 məğlubiyyət əldə edərək, 30 xalla lider kimi yollanıb. Bu müddət ərzində baş məşqçi Elbrus Məmmədov 26 futbolçunun xidmətindən yararlanıb. Komandanın heyətində bütün görüşlərdə meydanda olmuş futbolçular Kamran Nəsirov (13 oyun, 1131 dəq.), Baxşəli Baxşəliyev (13 oyun, 1123 dəq.) və Məhəmməd Alıyevdir (13 oyun, 540 dəq.).

“Sumqayıt-2” I Divizionun ilk dövrəsində 29 dəfə rəqib qapılarına yol tapıb. Komandanın ən məhsuldar futbolçusu 8 qolla Elvin Nəsibovdur. 5 dəfə fərqlənmiş Fərid Kərimzadə isə Nəsibovun ən yaxın izləyicisidir.

Kamran Nəsirov – 13 oyun (1131 dəqiqə)
Baxşəli Baxşəliyev – 13 (1123)
Məhəmməd Alıyev – 13 (540)
Elvin Nəsibov – 12 (829)
Emin Zamanov – 12 (806)
Rüfət Abdullazadə – 12 (614)
Fərid Kərimzadə – 11 (836)
Ülvi Əliyev – 11 (547)
Səbuhi Abdullazadə – 11 (491)
Elvin Dəmirov – 10 (900)
Süleyman Süleymanov – 10 (893)
Tural Bayramlı – 10 (814)
Nazim Bağırov – 10 (240)
Turan Manafov – 9 (798)
İsmayıl Babayev – 8 (423)
Əli Əliyev – 6 (478)
Famin Əliyev – 6 (193)
Xəyal Nəcəfov – 5 (175)
Süleyman Əhmədov – 4 (357)
Məhərrəm Məmmədli – 3 (218)
Murad Xaçayev – 3 (222)
Ələkbər Ağayev – 3 (59)
Cavid Quliyev – 3 (30)
Orxan Əliyev – 1 (46)
Nicat Qurbanov – 1 (46)
İbrahim Novruzov – 1 (1)

Vurulan qollar: Elvin Nəsibov (8), Fərid Kərimzadə (5), Məhəmməd Alıyev (3), Əli Əliyev (3), Tural Bayramlı (2), Murad Xaçayev (2), Baxşəli Baxşəliyev (2), Elvin Dəmirov, Nazim Bağırov, Səbuhi Abdullazadə, Famin Əliyev.