12/12/2018

"Sumqayıt" FK "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirir


Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaq olan "Sumqayıt" FK oyunun hazırlıqlarını davam etdirir. Komandamız Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat 15:00-da növbəti məşqini keçirib.
Premyer Liqanın 14-cü turunda "Neftçi" ilə qarşılaşmada zədə alan Əfran İsmayılov məşqdə iştirak etməyib. Xəyal Nəcəfovla Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa əvəzedici heyətdən Baxşəli Baxşəliyev, Səbuhi Abdullazadə və Tural Bayramlı əsas komandanın hazırlıq prosesinə cəlb olunub.
Təxminən 1.5 saat davam edən məşqdə ilk öncə fiziki ardınca isə toplu hərəkətlər üzərində çalışılıb. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması 15 dekabr, saat 19:00-da "Bakcell Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.