11/12/2018

"Neftçi" - "Sumqayıt" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının hakim təyinatları müəyyənləşib. "Neftçi" - "Sumqayıt" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Rza Məmmədov və Akif Əmirəli yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Səbuhi Bayramov olacaq. Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması 15 dekabr, saat 19:00-da "Bakcell Arena"da keçiriləcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

15 dekabr (şənbə)

“Neftçi” – “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”, 19:00 (CBC Sport, canlı)