11/12/2018

Rüfət Abdullazadə 19 yaşadək futbolçulardan ibarət milliyə dəvət alıb


19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda təlim-məşq toplanışı keçiriləcək. Toplanışa dəvət olunmuş futbolçuların arasında "Sumqayıt" FK-nın futbolçusu da yer alıb. Belə ki, Rüfət Abdullazadə dekabrın 12-dən 19-dək baş tutacaq təlim-məşq hazırlığı üçün millinin heyətinə cəlb olunub.