10/12/2018

"Sumqayıt-2" qış çempionudur


I Divizionda 13-cü tura yekun vurulmaqla yarım mövsüm arxada qalıb. Bu turda Elbrus Məmmədovun rəhbərlik etdiyi “Sumqayıt” FK-nın əvəzediciləri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Zirə-2”ni qəbul edib və 4:0 hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində komandamız dövrələrarası fasiləyə qış çempionu kimi yollanıb.

Qeyd edək ki, "Sumqayıt-2" 13 turdan sonra 30 xalla turnir cədvəlinə başçılıq edir. Məmmədovun rəhbərlik etdiyi komanda arxada qalan 13 tur ərzində 10 qələbə və 3 məğlubiyyətə imza atıb. "Sumqayıt-2" həmçinin qış fasiləsinə ən çox qol vuran komanda kimi yollanıb. Komandamız buna qədər 29 qol vurub və qapısından 10 top buraxıb. "Sumqayıt-2"nin ən çox qol vuran futbolçusu isə Elvin Nəsibovdur (8 qol).

“Sumqayıt-2” – “Zirə-2” 4:0
Qollar:
Elvin Dəmirov, 15; Fərid Kərimzadə, 32; Murad Xaçayev, 40; Məhəmməd Alıyev, 75.