09/12/2018

"Sumqayıt" FK ikinci dövrənin son qarşılaşmasında "Neftçi" ilə heç-heçə edib


"Neftçi" - "Sumqayıt" 0:0
9 dekabr 2018. Saat 19:30. “Bakcell Arena”, 1000 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Cavanşir Yusifov
Dördüncü hakim: Ziya Nəsirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: Kiril Petrov, 40(qeyri-idman hərəkəti); Namiq Ələsgərov, 53 (qeyri-idman hərəkəti); Ömər Buludov, 90+1 (qeyri-idman hərəkəti)
Qollar: yoxdur
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.

“Neftçi”
1. Səlahət Ağayev
28. Slavko Braliç
25. Kiril Petrov
5. Anton Krivotsyuk
26. Ömər Buludov
17. Rəhman Hacıyev
8. Emin Mahmudov (k)
10. Dario Federiko
(11. Kvame Karikari, 65)
93. Soni Mustivar
(6. Qoran Paratski, 72)
7. Namiq Ələsgərov
22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular:
12. Kamran İbrahimov
73. Nail Alışov
77. Elvin Sərkərov
33. Ricat Qarayev
21. Məhəmməd Mirzəbəyov
70. Əli Şirinov
37. Vüsal Əsgərov
4. Rəşad Eyubov

Baş məşqçi: Roberto Bordin

“Sumqayıt”

1. Mehdi Cənnətov
3. Vurğun Hüseynov (k)
4. Şəhriyar Əliyev
7. Cavid Tağıyev
(97. Xəyal Nəcəfov, 75)
10. Aleksey İsayev
11. Atilla Yıldırım
(21. Arif Daşdəmirov, 88)
14. Bəxtiyar Həsənalızadə
18. Süleyman Əhmədov
22. Əfran İsmayılov
(2. Rail Məlikov, 90)
74. Yusif Nəbiyev
99. Əli Babayev

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
8. Orxan Əliyev
17. Nicat Qurbanov
20. Rüfət Abdullazadə
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev

Baş məşqçi: Ayxan Abbasov

Topaz Premyer Liqasında 14-cü tura yekun vurulub. "Sumqayıt" FK bu turda səfərdə "Neftçi" ilə qarşılaşıb. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb. Beləliklə, Ayxan Abbasovun yetirmələri qış fasiləsinə 15 xalla 6-cı pillədə yollanıb.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çempionatın son oyunu idi. İstəyirdik xalla ayrılaq. Futbolçularımız əzmkarlıq göstərdilər. Son oyunlarda futbolçulardan razıyam. Məşqdəki performansı oyunlarda da nümayiş etdirirlər. Doğrudu, qarşıda hələ 2 dövrə var. Bu tempi qorumalıyıq. Fasilədə çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. “Neftçi”ni təhlil etmişdik. İlk dəqiqələrdə qol epizodlarından fərqlənə bilərdik. Hər halda, futbolda hər şey olur".