07/12/2018

“Sumqayıt” Futbol Akademiyasının məşqçiləri artıq “Altınordu”nun düşərgəsindədir


Xəbər verdiyimiz kimi, “Sumqayıt” Futbol Akademiyasının məşqçi heyəti dekabrın 7-də Türkiyənin İzmir şəhərinə yola düşüb. Məşqçilərimiz “Altınordu” klubunun futbol akademiyasında təcrübə keçəcək. Artıq bu gündən etibarən iş başında olan məşqçilərimiz İzmir klubunun təlim-məşq bazası ilə tanış olub, akademiyanın iş sistemi və hazırlıq planları ilə maraqlanıblar. Bu işdə onlara “Altınordu” futbol akademiyasının direktoru Sərdar Savaş yardımçı olub.