06/12/2018

“Sumqayıt” FK “Qaradağ Lökbatan”ı məğlub edərək 1/4 finala vəsiqə qazanıb


Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu bu mərhələdə 1-ci divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb. Maraqlı idman mübarizəsində keçən görüşdə komandamız 4:0 hesablı qələbə qazanıb və 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə "Sumqayıt" FK "Neftçi" ilə üz-üzə gələcək.

Ayxan Abbasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “İlk olaraq komandanı təbrik edirəm. Belə meydançada xarakter göstərdilər. Gənclərə və az oynayan uşaqlara şans vermişdik. Rəqibə də uğurlar arzulayırıq”.