05/12/2018

"Neftçi" - "Sumqayıt" qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək


Topaz Premyer Liqasında 14-cü turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Neftçi" – “Sumqayıt” qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək. Yaşar Abbasov və Cavanşir Yusifov yan xətlərdə Həmzəzadəyə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ziya Nəsirov olacaq. Qeyd edək ki, "Neftçi" – “Sumqayıt” qarşılaşması 9 dekabr saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

9 dekabr (bazar)

“Neftçi” – “Sumqayıt”
Hakimlər:
Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”, 19:30 (CBC Sport, canlı)