13/03/2012

U-17 komandamız əzmkar qələbə qazanıb


“Azercell U-17 Liqası”nda növbəti turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası “Neftçi”ni qəbul edib. İlk hissəni 0:2 hesabı ilə məğlub başa vuran Tağı Məmmədovun yetirmələri fasilədən sonra əzmkarlıq nümayiş etdirərək görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Komandamızdan qolları Bayram Nuruzadə (2 qol) və Mahmud Mustafayev vurub.