13/03/2012

6 futbolçumuz U-21-ə çağırılıb


Aprelin 4-də Helsinki şəhərində 21 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün Azərbaycan yığmasının heyəti açıqlanıb. “Sumqayıt” Futbol Klubunun 6 futbolçusu – Ruslan Tağızadə, Tərlan Quliyev, Abdulla Abatsiyev, Eşqin Quliyev, Emin Mustafayev və Orxan Həsənov yığmanın düşərgəsinə çağırılıb.