28/11/2018

"Sumqayıt" - "Səbail" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 13-cü turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Səbail" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Rza Məmmədov və Akif Əmirəli yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rauf Allahverdiyev olacaq.
Bundan başqa, I Divizionun 12-ci turu çərçivəsində keçiriləcək olan "Turan Tovuz" - "Sumqayıt-2" qarşılaşmasını isə Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Səbail” qarşılaşması 1 dekabr, saat 19:00-da "Kapital Bank Arena"da, "Turan Tovuz" - "Sumqayıt-2" qarşılaşması isə 30 noyabr, saat 14:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

1 dekabr (şənbə)

“Sumqayıt” – “Səbail”
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Fizuli Nəcəfov
AFFA nümayəndəsi: Eldar Qasımov
“Kapital Bank Arena”, 19:00 (CBC Sport, canlı)

30 noyabr (cümə)

“Turan Tovuz” – “Sumqayıt-2”
Hakimlər:
Rəşad Əhmədov, Hüseyn Əsgərov, Samir Hacıyev, Kərim Kərimov
Hakim-inspektor: Əvəz Şıxıyev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Tovuz şəhər stadionu, 14:00