25/11/2018

"Sumqayıt" FK 3-cü dövrənin hazırlıqlarını Antalyada keçirəcək


"Sumqayıt" FK çempionatın 3-cü dövrəsinə hazırlığın ikinci mərhələsini yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Belek bölgəsində keçəcək komandamız "IC Santai Belek" hotelində məskunlaşacaq. "Sumqayıt" FK-nın qonşu ölkədə keçirəcəyi yoxlama oyunları ilə bağlı klubumuzun rəsmi saytında məlumat veriləcək.