22/11/2018

“Sumqayıt-2” doğma meydanda “Kəpəz”i məğlub edib


I Divizionda 11-ci turun oyunları keçirilib. “Sumqayıt” FK-nın əvəzediciləri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Kəpəz”lə qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri 1:0 hesablı qələbə qazanıblar. Oyunda vurulan yeganə qolu Elvin Nəsibov rəqib qapısından keçirib. Qeyd edək ki, “Sumqayıt-2” növbəti turda “Turan Tovuz”un qonağı olacaq.

I Divizion, XI tur
“Sumqayıt-2” – “Kəpəz” 1:0
Qol:
Elvin Nəsibov, 41.