22/11/2018

"Sumqayıt" FK-da azarkeşlərlə görüş keçirilib


"Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev və komandamızın yeni baş məşqçisi Ayxan Abbasov bu gün klubun bazasında azarkeşlərlə görüşüb. Tədbirdə klubun rəsmi fanklubun üzvləri iştirak edib. Görüş zamanı Ayxan Abbasov azarkeşlərin dəstəklərinə ehtiyaclarının olduğunu dilə gətirməklə yanaşı onların suallarını cavablandırıb. Klubun rəhbərliyi, baş məşqçi və azarkeşlər arasında fikir mübadiləsi aparılıb, fanklub üzvlərinin təklifləri dəyərləndirilib.