20/11/2018

“Sumqayıt” FK “Zirə” ilə oyunun hazırlıqlarına start verdi


“Qarabağ”la yoxlama görüşündən sonra birgünlük istirahətə buraxılan “Sumqayıt” FK bu gündən etibarən “Zirə” ilə oyunun hazırlıqlarına başlayıb. Komandamız Ayxan Abbasovun rəhbərliyi altında saat 15:30-da “Kapital Bank Arena”nın köməkçi meydançasında məşqini keçirib. Milli komandalarda olan futbolçular məşqdə iştirak etməyib. Bərpa prosesi keçən Ehtiram Şahverdiyev yüngül qaçışla kifayətlənib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesi müxtəlif fiziki hərəkətlər və toplu çalışmalar üzərində keçirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması 25 noyabr, saat 19:00-da “Dalğa Arena”da keçiriləcək. Matç CBC Sport vasitəsilə canlı yayımlanacaq.