20/11/2018

"Zirə" - "Sumqayıt" qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək


Topaz Premyer Liqasında 12-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Zirə" - "Sumqayıt" qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək. Mübariz Haşımov və Nahid Əliyev yan xətlərdə Bayramova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rəhim Həsənov olacaq.
Bundan başqa, I Divizionun 11-ci turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Kəpəz" qarşılaşmasını isə Ramil Əhmədov idarə edəcək.
Qeyd edək ki, "Zirə" – “Sumqayıt” qarşılaşması 25 noyabr, saat 19:00-da "Dalğa Arena"da, "Sumqayıt-2" - "Kəpəz" qarşılaşması isə 22 noyabr, saat 14:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

25 noyabr (bazar)

“Zirə” – “Sumqayıt”
Hakimlər:
Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Dalğa Arena”, 19:00 (CBC Sport, canlı)

22 noyabr (cümə axşamı)

“Sumqayıt-2” – “Kəpəz”
Hakimlər:
Ramil Əhmədov, Zöhrab Abbasov, Rəşadət Cəfərov, Nahid Xasıyev
Hakim-inspektor: Vasif Məmmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 14:00