18/11/2018

"Sumqayıt" FK yoxlama görüşündə "Qarabağ"ı məğlub edib


Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" FK yoxlama görüşündə qüvvəsini sınayıb. Komandamız "Azersun Arena"da "Qarabağ"la üz-üzə gəlib. Ayxan Abbasovun yetirmələri 1:0 hesablı qələbə qazanıb. Görüşdə vurulan yeganə qola 21-ci dəqiqədə Cavid Tağıyev imza atıb.

"Sumqayıt" FK meydana bu 11-liklə çıxıb:
1. Mehdi Cənnətov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
7. Cavid Tağıyev
10. Aleksey İsayev
11. Atilla Yıldırım
14. Bəxtiyar Həsənalızadə
21. Arif Daşdəmirov
60. Elvin Məmmədov
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov

Meydana sonradan daxil olanlar:
36. Süleyman Süleymanov
8. Orxan Əliyev
17. Nicat Qurbanov
23. Fərid Kərimzadə
24. Kamran Nəsirov
25. Baxşəli Baxşəliyev
26. Elvin Dəmirov
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov
72. Emin Zamanov
90. Elvin Nəsibov