11/03/2012

Son dəqiqə qolu ilə məğlub olduq


"Sumqayıt"-"Rəvan" 0:1
11 mart 2012. Saat 14:00. "Şəfa" stadionu. 100 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Coşqun Həsənov, Mübariz Haşımov
Dördüncu hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Asif Namazov
Sarı vərəqələr: Bədavi Hüseynov, 61 (düşünmədən ayaqla zərbə) // Şeriff Suma, 24 (qeyri-idman hərəkəti)
Qol: Miloş Zeçeviç, 90
İstifadə olunmamış penalti: Emin Mustafayev, 66 // Miloş Zeçeviç, 37
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Sumqayıt”
55. Andrey Popoviç
3. Tərlan Quliyev
16. Hacı Əhmədov
22. Ruslan Tağızadə
(11. Kamil Nurəhmədov, 90+3)
52. Bədavi Hüseynov
4. Samir Abbasov (k)
27. Ramil Haşımzadə
(9. Orxan Həsənov, dəq.64)
7. Mahmud Qurbanov
8. Emin Mustafayev
(10. Eşqin Quliyev, dəq.76)
76. Uğur Pamuk
91. Ruslan Qurbanov

Ehtiyat oyunçular:
12. Sahil Kərimov
50. Samir Abdulov
19. Orxan Əliyev
47. Abdulla Abatsıyev

Baş məşqçi: Bernhard Raab

“Rəvan”
12. Davud Kərimi
3. Miloş Zeçeviç (k)
4. Ekrem Hodziç
6. Taqim Novruzov
7. Elvin Musazadə
(17. Ramazan Abbasov, dəq.46)
8. Tural Axundov
9. Vüsal Qarayev
(15. Tural Cəlilov, dəq.50)
10. Nemanya Vidakoviç
11. Şeriff Suma
18. Samuel Barlay
20. Kristian Torres
(5. Natiq Kərimi, dəq.86)

Ehtiyat oyunçular:
99. Murad Qənbərov
13. Fərid Həşimzadə
14. Sergey Artyux
24. Hüseyn İsgəndərov

Baş məşqçi: Bəhmən Həsənov

“Sumqayıt” Futbol Klubu Unibank Premyer Liqasının XXIII turu çərçivəsində “Şəfa” stadionunda “Rəvan”la qarşılaşıb. Komandamız son dəqiqə qolu ilə məğlub olub. Qarşılaşmanın 67-ci dəqiqəsində Emin Mustafayev penaltidən yararlana bilməyib.

Bəhmən Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Bizim üçün vacib olan qələbə idi. Onu da qazandıq. Ağır oyun oldu. “Sumqayıt”la oyunumuz həmişə çətin məcrada keçib. Rəqibimizin əksər futbolçuları gənc olsa da, gözəl oyun nümayiş etdirdilər. Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Amma əsas olan üç xalı qazanmaq idi. Bizim bir sıra çatışmayan cəhətlərimiz var və gələcəkdə bunları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”a gələcək oyunlarda uğurlar arzulayıram”.

Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Rəvan” üstün oyun nümayiş etdirdi. Bizim qol imkanlarımız olsa da, yararlana bilmədik. İkinci hissədə daha çox şanslarımız oldu, penaltidən də istifadə edə bilmədik. Rəqib komandanı üç xal qazanması münasibətilə təbrik edirəm”.