15/11/2018

"Sumqayıt" FK məşqləri bərpa etdi


"Keşlə" ilə oyundan sonra istirahətə buraxılan "Sumqayıt" FK bu gündən etibarən hazırlıqları bərpa edib. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat 16:00-da "Kapital Bank Arena"nın köməkçi meydançasında məşqə çıxıb. Qeyd edək ki, Ayxan Abbasov "Sumqayıt" FK-nı ilk dəfə məşqə çıxarıb.
Milli komandalarda olan Əfran İsmayılov, Şəhriyar Əliyev, Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyib. Əvəzedici heyətdən isə 6 futbolçu əsas komanda ilə birlikdə hazırlaşıb. 1.5 saat davam edən məşqdə əvvəlcə müxtəlif fiziki hərəkətlər ardınca isə topla hərəkətlər üzərində çalışılıb.