14/11/2018

“Sumqayıt” FK Azərbaycan Kubokunun 1/8 finalında “Qaradağ Lökbatan”la qarşılaşacaq


Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, “Sumqayıt” FK 1/8 final mərhələsində “Qaradağ Lökbatan”ın qonağı olacaq. Cütün qalibi 1/4 final mərhələsində “Neftçi” ilə qarşılaşacaq.
Qeyd edək ki, kubokun ilk mərhələsinin oyunları 6 dekabr tarixində keçiriləcək.