12/11/2018

Nazim Süleymanovla müqaviləyə xitam verilmişdir


"Sumqayıt" FK-nın baş məşqçisi Nazim Süleymanov səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət etmişdir. Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilmişdir. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim etmişdir.
"Sumqayıt" FK Nazim Süleymanova klubumuza göstərdiyi xitmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.