12/11/2018

Əfran İsmayılov və Şəhriyar Əliyev A millidə!


UEFA Millətlər Liqasının 5-ci və 6-cı turu çərçivəsində müvafiq olaraq noyabrın 17-də Farer Adaları və 20-də isə Kosovo ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. "Sumqayıt" FK-nın iki futbolçusu - Şəhriyar Əliyev və Əfran İsmayılov adıçəkilən qarşılaşmalarda iştirak etmək üçün yığma komandaya dəvət alıb.
Bundan başqa, 15 noyabr tarixində Ukrayna və 19 noyabr tarixində Bosniya və Herseqovina milliləri ilə yoxlama görüşü keçirəcək olan 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın heyəti açıqlanıb. Futbolçularımız Murad Xaçayev və Süleyman Əhmədov U-21 milliyə dəvət alıb.