11/11/2018

"Sumqayıt" FK "Keşlə" ilə qarşılaşıb


"Sumqayıt" - "Keşlə" 1:4
11 noyabr 2018. Saat 19:30. “Bayıl Arena”, 250 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Dördüncü hakim: Akif Əmirəli
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: Əli Babayev, 20 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 90+5 (qeyri-idman hərəkəti) // Slavik Alxasov, 22 (qeyri-idman hərəkəti); Sərtan Taşqın, 64 (oyunun bərpasını ləngitdiyinə görə); Georgios Georgiadis, 66 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Orxan Sadıqlı, 67 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə)
Qollar: Atilla Yıldırım, 65 // Amil Yunanov, 53, 79; Georgios Georgiadis, 56; Mehdi Cənnətov, 90+3 (ö.q.)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 7 dəq.

“Sumqayıt”
15. Orxan Sadıqlı
3. Vurğun Hüseynov (k)
4. Şəhriyar Əliyev
7. Cavid Tağıyev
10. Aleksey İsayev
11. Atilla Yıldırım
14. Bəxtiyar Həsənalızadə
(44. Qvanzav Maqomedov, 49)
21. Arif Daşdəmirov
(1. Mehdi Cənnətov, 71)
22. Əfran İsmayılov
(70. Ülvi İsgəndərov, 62)
74. Yusif Nəbiyev
99. Əli Babayev

Ehtiyat oyunçular:
2. Rail Məlikov
8. Orxan Əliyev
17. Nicat Qurbanov
18. Süleyman Əhmədov
77. Murad Xaçayev
97. Xəyal Nəcəfov

Baş məşqçi: Nazim Süleymanov

“Keşlə”
1. Kamran Ağayev (k)
33. Tərlan Quliyev
2. Sərtan Taşqın
4. Slavik Alxasov
3. Denis Silva
93. Edvinas Girdvainis
22. Nikola Mitroviç
80. Diallo Quydileye
31. Georgios Georgiadis
(17. Samir Məsimov, 73)
9. Amil Yunanov
(88. Məmməd Quliyev, 86)
23. Conatan Ayite
(14. Andre Klennon, 46)

Ehtiyat oyunçular:
30. Davud Kərimi
18. Ruslan Əmircanov
65. Cabir Əmirli
71. Emin Quliyev
10. Ruslan Nəsirli
11. Bahodir Nasimov
21. Herve Tçami
90. Ebrima Sohna

Baş məşqçi: Tərlan Əhmədov

Topaz Premyer Liqasında 11-ci tura yekun vurulub. "Sumqayıt" FK "Bayıl Arena"da "Keşlə"ni qəbul edib. Nazim Süleymanovun yetirmələri 1:4 hesabı ilə məğlub olub.
Nazim Süleymanov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İki fərqli hissə izlədik. İlk hissədə yaxşı oynadıq, qol imkanlarımız oldu. Amma ikinci hissədə səhvlər etdik və məğlub olduq. İlk qolda qapıçımız, ikinci hissədə isə müdafiəçilərimiz səhv etdi. Bu gün yenə azlıqda qaldıq. Deyəsən, fiziki cəhətdən bir az geridə qalırıq. Ancaq irəli baxmalıyıq".