09/11/2018

"Sumqayıt-2" səfərdə "Sabah-2"ni məğlubiyyətə uğradıb


I Divizionda 10-cu tura yekun vurulub. "Sumqayıt" FK-nın əvəzediciləri bu turda "Sabah-2"nin qonağı olub. Elbrus Məmmədovun yetirmələri Fərid Kərimzadə və Səbuhi Abdullazadənin qolları ilə 2:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt-2" 11-ci turda "Kəpəz"i qəbul edəcək.

I Divizion, X tur
"Sabah-2" - "Sumqayıt-2" 0:2
Qollar:
Fərid Kərimzadə, 80; Səbuhi Abdullazadə, 90+6.