09/11/2018

9 Noyabr – Dövlət bayrağı günüdür!


Bu gün Azərbaycanda dövlət bayrağı günü qeyd olunur. 1918-ci ilin 9 noyabrında Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin hesabatı əsasında mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan Milli bayrağımız qəbul edildi. Üçrəngli bayraq ilk dəfə 7 dekabr 1918-ci ildə Parlament binası üzərində qaldırılmışdır.
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Bu tarixdən etibarən Bayraq günü Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan azərbaycanlılar arasında daha da təmtəraqla qeyd edilir.
“Sumqayıt” FK olaraq, Azərbaycan xalqını bayraq günü münasibəti ilə təbrik edir, bayrağımızın daima zirvələrdə dalğalanmasını arzulayırıq.