06/11/2018

"Sumqayıt" - "Keşlə" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 11-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Keşlə" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Zeynal Zeynalov və Rza Məmmədov yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Akif Əmirəli olacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" qarşılaşması 11 noyabr, saat 19:30-da "Bayıl Arena"da baş tutacaq. Qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

11 noyabr (bazar)

“Sumqayıt” - “Keşlə”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bayıl Arena”, 19:30 (CBC Sport, canlı)