30/08/2011

Bayramınız mübarək!


“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun rəhbərliyi Azərbaycan xalqının və bütün müsəlman aləminin müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edir, ölkəmizə sülh, xalqımıza əmin amanlıq, doğmalıq duyğusu və könül xoşluğu arzulayır. Allahdan hər günümüzün Ramazan günlərindəki kimi bərəkətli, hər gecəmizin Qədr gecəsi qədər dəyərli olmasını diləyirik. Allah bütün dualarımızı və ibadətlərimizi qəbul etsin!


Ramazan Bayramınız Mübarək!