27/10/2018

"Sumqayıt" FK "Qəbələ" ilə heç-heçə edib


"Sumqayıt" - "Qəbələ" 2:2
27 oktyabr 2018. Saat 18:00. “Dalğa Arena”, 200 tamaşaçı  
Baş hakim: 
Orxan Məmmədov 
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Cavanşir Yusifov     
Dördüncü hakim: Ramil Əhmədov
Hakim-inspektor: Murad Məmmədov  
AFFA nümayəndəsi: Ramiz Abdullayev   
Sarı vərəqələr: Cavid Tağıyev, 65 (qeyri-idman hərəkəti); Atilla Yıldırım, 72 (qeyri-idman hərəkəti); Qvanzav Maqomedov, 90+2 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 90+2 (qeyri-idman hərəkəti) // Rauf Əliyev, 45 (qeyri-idman hərəkəti), 90+2 (hakim qərarına etiraz); Cavid Hüseynov, 71 (hakim qərarına etiraz); Atakora Lalavele, 84 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Aqil Məmmədov, 90+2 (qeyri-idman hərəkəti); İlqar Qurbanov, 90+2 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Bəhlul Mustafazadə, 90+2 (rəqibə əl ilə zərbə vurduğuna görə) Rauf Əliyev, 90+2
Qollar: Şəhriyar Əliyev, 7, 19 // Stiven Monroz, 42; Atakora Lalavele, 56 
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 8 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov (k)
(44. Qvanzav Maqomedov, 71)
4. Şəhriyar Əliyev
7. Cavid Tağıyev
10. Aleksey İsayev
(77. Murad Xaçayev, 87)
11. Atilla Yıldırım
14. Bəxtiyar Həsənalızadə
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
74. Yusif Nəbiyev
99. Əli Babayev

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
8. Orxan Əliyev
17. Nicat Qurbanov
18. Süleyman Əhmədov 
70. Ülvi İsgəndərov
97. Xəyal Nəcəfov 

Baş məşqçi: Nazim Süleymanov

“Qəbələ”

30. Aqil Məmmədov
3. Voislav Stankoviç
4. Elvin Camalov
5. Rasim Ramaldanov
(27. Bəhlul Mustafazadə, 46)
8. Qismət Alıyev
(18. İlqar Qurbanov, 46)
10. Rauf Əliyev
(11. Asif Məmmədov, 60)
14. Cavid Hüseynov (k)
17. Ceyms Adeniyi
21. Atakora Lalavele
28. Stiven Monroz
34. Urfan Abbasov

Ehtiyat oyunçular:
22. Dmitri Bezotosnı
35. Murad Popov
7. Roman Hüseynov
26. Faiq Hacıyev
32. Amin Seydiyev
79. Əli Sadıxov
88. Sabien Lilay
99. Abbas Ağazadə

Baş məşqçi: Sənan Qurbanov

Topaz Premyer Liqasında 9-cu turun oyunları keçirilib. "Sumqayıt" FK bu turda "Dalğa Arena"da "Qəbələ"ni qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Nazim Süleymanov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Maraqlı oyuna şahidlik etdik. İlk dəqiqələrdən oyun baxımından da, hesabda da önə keçdik. Lakin, qarşılaşmanın yekununda hesabdakı üstünlüyümüzü qoruya bilmədik. Əlbəttə, bizim də səhvlərimiz var. Elə bir oyun oldu ki, böyükhesablı qələbə də qazana bilərdik, məğlub da ola. Ancaq bu xal itkiləri komandamızdan gedir".