25/10/2018

"Sumqayıt-2" səfərdə "Zaqatala" ilə qarşılaşıb


I Divizionda 8-ci tura start verilib. "Sumqayıt" FK-nın əvəzediciləri bu turda "Zaqatala" ilə qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri 1:3 hesabı ilə məğlub olub. Komandamızın yeganə qoluna Famin Əliyev imza atıb. Qeyd edək ki, "Sumqayıt-2" I Divizionun 9-cu turunda "Qaradağ Lökbatan"ı qəbul edəcək.