24/10/2018

"Sumqayıt" - "Qəbələ" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək


Topaz Premyer Liqasında 9-cu turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Qəbələ" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək. Mübariz Haşımov və Cavanşir Yusifov yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ramil Əhmədov olacaq.
Bundan başqa, I divizionun 8-ci turu çərçivəsində keçiriləcək olan "Zaqatala" - "Sumqayıt-2" qarşılaşmasını isə Sərxan İsmayılov idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Qəbələ” qarşılaşması 27 oktyabr, saat 18:00-da "Dalğa Arena"da, "Zaqatala" - "Sumqayıt-2" qarşılaşması isə 25 oktyabr, saat 15:00-da Zaqatala şəhər stadionunda baş tutacaq.

27 oktyabr (şənbə)

“Sumqayıt” – “Qəbələ”
Hakimlər:
Orxan Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
“Dalğa Arena”, 18:00 (CBC Sport, canlı)

25 oktyabr (cümə axşamı)

“Zaqatala” – “Sumqayıt-2”
Hakimlər:
Sərxan İsmayılov, Knyaz Əmiraslanov, Səbuhi Əmrahov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Rufulla Kərimov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zaqatala şəhər stadionu, 15:00