09/03/2012

3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət


“Azercell U-17 Liqası”nda 16-cı turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası səfərdə “Xəzər Lənkəran”la 1:1 hesablı heç-heçəyə imza atıb. Komandamızdan Elnur İsmayılov fərqlənib.

“Kapital U-15 Liqası”nda mübarizə aparan “Sumqayıt” isə turu qələbə ilə başa vurub. Vəfadar Quliyevin rəhbərlik etdiyi U-15 AZAL-ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan Fərid Kərimzadə və Vəzir İmanov fərqlənib.

U-14 komandamız bu turda qələbə qazanıb. “Sumqayıtspor”la qarşılaşan Məhəmmədəli Qəniyevin komandası 2:0 hesabı ilə qələbə qazanıb. Bu görüşdə Vüsal Buludlu dubl edib.

“Coca Cola U-13 Liqası”nda 9-cu turun oyunları keçirilib. “Təhsil”lə üz-üzə gələn “Sumqayıt” 0:1 hesabı ilə məğlub olub.

U-11 komandamız isə “Abşeron üzərində böyükhesablı qələbəyə sevinib. Bu qarşılaşmada Rüfət Abdullazadə het-trik edib, Əli Əfəndiyev və Səbuhi Abdullazadə isə hərəyə bir dəfə fərqlənib.