19/10/2018

“Sumqayıt-2” “Neftçi-2”ni məğlub edib


I Divizionda 7-ci tura yekun vurulub. “Sumqayıt” FK-nın əvəzediciləri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Neftçi-2”ni qəbul edib. Elbrus Məmmədovun yetirmələri 2:0 hesablı qələbə qazanıb. Komandamızın hər iki qolunu Elvin Nəsibov rəqib qapısından keçirib.

“Sumqayıt-2” – “Neftçi-2” 2:0
Qollar:
Elvin Nəsibov, 45; 54.