13/10/2018

“Sumqayıt” FK yoxlama görüşündə “Zirə” ilə qarşılaşıb


Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Sumqayıt” FK yoxlama görüşündə qüvvəsini sınayıb. Komandamız “Kapital Bank Arena”nın süni örtüklü köməkçi meydançasında “Zirə” ilə qarşılaşıb. Nazim Süleymanovun yetirmələri 1:2 hesabı ilə məğlub olub. Komandamızın yeganə qolunu qarşılaşmanın son dəqiqələrində Nicat Qurbanov rəqib qapısından keçirib.

“Sumqayıt” FK meydana bu 11-liklə çıxıb:
1. Mehdi Cənnətov
2. Rail Məlikov
3. Vurğun Hüseynov
4. Şəhriyar Əliyev
10. Aleksey İsayev
21. Arif Daşdəmirov
23. Fərid Kərimzadə
44. Qvanzav Maqomedov
60. Elvin Məmmədov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev

Meydana sonradan daxil olanlar:
8. Orxan Əliyev
17. Nicat Qurbanov
39. Tural Bayramlı
41. Turan Manafov
97. Xəyal Nəcəfov