06/10/2018

“Sumqayıt” FK-nın 5 futbolçusu milli komandalarda


UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Sumqayıt” FK-nın futbolçusu Bəxiyar Həsənalızadə adıçəkilən oyunlar üçün milli komandaya dəvət alıb.
Bundan başqa, futbolçularımız Süleyman Əhmədov, Yusif Nəbiyev, Elvin Dəmirov və Süleyman Süleymanov oktyabrın 16-da səfərdə Norveç yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə cəlb olunub.