05/10/2018

"Sumqayıt" FK 1-ci dövrənin son oyununda "Səbail"lə qarşılaşıb


"Səbail" - "Sumqayıt" 2:0
05 oktyabr 2018. Saat 19:00. “Bayıl Arena”, 500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Tome Kitanovski, 90+2 (hakim qərarına etiraz); Edqar Paçeko, 90+4 (oyunun bərpasını ləngitdiyinə görə) // Rail Məlikov, 45 (qeyri-idman hərəkəti)
Qollar: Fəhmin Muradbəyli, 3; Ruslan Qurbanov, 30
Qolla nəticələnməyən penalti: Ruslan Qurbanov, 9
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Səbail”
1. Emil Balayev
7. Fəhmin Muradbəyli
8. Yevgeni Koçuk
(22. Edqar Paçeko, 80)
10. Ağabala Ramazanov
(28. Kevin Kubemba, 66)
11. Ruslan Qurbanov
(18. Aqşin Qurbanlı, 88)
13. Şəhriyar Rəhimov
14. Rahid Əmirquliyev (k)
16. İqor Korotetski
27. Emil Martinov
33. Tome Kitanovski
99. Jarjue Maudo

Ehtiyat oyunçular:
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
5. Vüqar Bəybalayev
17. Elçin Rəhimli
21. Murtuz Abakarov
26. Kamal Qurbanov
88. Orxan Qurbanlı

Baş məşqçi: Aftandil Hacıyev

“Sumqayıt”
1.Mehdi Cənnətov
2. Rail Məlikov (k)
(3. Vurğun Hüseynov, 46)
4. Şəhriyar Əliyev
7. Cavid Tağıyev
10. Aleksey İsayev
11. Atilla Yıldırım
14. Bəxtiyar Həsənalızadə
18. Süleyman Əhmədov
(74. Yusif Nəbiyev, 64)
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
(17. Nicat Qurbanov, 30)
99. Əli Babayev

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
23. Fərid Kərimzadə
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov

Baş məşqçi: Nazim Süleymanov

Topaz Premyer Liqasında 7-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu turda səfərdə "Səbail"lə qarşılaşıb. Nazim Süleymanovun yetirmələri 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, 7-ci turun qarşılaşmaları ilə Premyer Liqada 1-ci dövrəyə yekun vurulub. 7 oyunda 3 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət əldə edən "Sumqayıt" FK 10 xalla ilk dövrəni 4-cü pillədə tamamlayıb.
Nazim Süleymanov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Hər kəs komanda haqda yaxşı fikir söyləyirdi. Qorxduğumuz elə bu anlar idi. Futbolçularımıza da oyundan əvvəl diqqətli olmağı tapşırmışdıq. Qələbə həmişə yaxşıdı, məğlubiyyət isə həmişə pis. Qələbə olan yerdə məğlubiyyət də var. Deməli, daha yaxşı işləməliyik. Bu gün hesabda geri olsaq da, qol epizodlarımız oldu. Təəssüflər olsun ki, belə nəticə oldu. Ancaq futbolda belə şeylər olur".