02/10/2018

"Səbail" - "Sumqayıt" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 7-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Səbail" – “Sumqayıt" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Zeynal Zeynalov və Rza Məmmədov yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Vüqar Həsənli olacaq. 
Bundan başqa, I divizionun 6-cı turu çərçivəsində keçiriləcək olan MOİK - "Sumqayıt-2" qarşılaşmasını isə Rəvan Həmzəzadə idarə edəcək.
Qeyd edək ki, "Səbail" – “Sumqayıt” qarşılaşması 5 oktyabr, saat 19:00-da "Bayıl Arena"da, MOİK - "Sumqayıt-2" qarşılaşması isə 3 oktyabr, sat 15:30-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.

05 oktyabr (cümə)
“Səbail” – “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bayıl Arena”, 19:00

03 oktyabr (çərşənbə)
MOİK – “Sumqayıt-2”
Hakimlər:
Rəvan Həmzəzadə, Vaqif Musayev, Cavanşir Yusifov, Xəlil Xəlilov
Hakim-inspektor: Azad Hüseynov
AFFA nümayəndəsi: Şakir Əmrahov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30