01/10/2018

Bəxtiyar Həsənalızadə Premyer Liqada 150-ci oyununu keçirib


Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Zirə” qarşılaşması müdafiəçimiz Bəxtiyar Həsənalızadə üçün əlamətdar olub. Belə ki, “14 nömrə”miz Premyer Liqada 150-ci oyununu keçirib.
2011/12 mövsümündən etibarən komandamızın şərəfini qoruyan Həsənalızadənin yubileyi 7-ci mövsümündə gerçəkləşib. Qeyd edək ki, Bəxtiyar meydana çıxdığı 150 qarşılaşmada 4 dəfə rəqib qapılarına yol tapıb.