30/09/2018

"Sumqayıt" FK "Zirə"ni məğlub edərək 3-cü pilləyə yüksəlib


"Sumqayıt" - "Zirə" 1:0
30 sentyabr 2018. Saat 20:00. “Bayıl Arena”, 700 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Dördüncü hakim: Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Sarı vərəqələr: Mehdi Cənnətov, 83 (oyunun bərpasını ləngitdiyinə görə) // Sadio Tounkara, 67 (hakimi aldatmağa cəhd); Kamal Mirzəyev, 70 (hakim qərarına etiraz); İlkin Qırtımov, 89 (qeyri-idman hərəkəti)
Qollar: Atilla Yıldırım, 16
Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov (k)
(3. Vurğun Hüseynov, 61)
4. Şəhriyar Əliyev
7. Cavid Tağıyev
10. Aleksey İsayev
11. Atilla Yıldırım
14. Bəxtiyar Həsənalızadə
18. Süleyman Əhmədov
(74. Yusif Nəbiyev, 77)
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
(17. Nicat Qurbanov, 86)
99. Əli Babayev

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev

Baş məşqçi: Nazim Süleymanov

“Zirə”
1. Anar Nəzirov (k)
2. İlkin Qırtımov
5. Adil Nağıyev
6. Vüqar Mustafayev
(8. Kamal Mirzəyev, 13)
7. Pərdis Fərcad-Azad
(9. Aleksandr Dedov, 46)
11. Dilan Duventru
16. İbrahim Aslanlı
27. Adrian Skarlatake
39. Sadiq Quliyev
77. Mirsahib Abbasov
(10. Sadio Tounkara, 46)
91. Bilal Həmdi

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
3. Budaq Nəsirov
17. Vüsal İsgəndərli
26. Miloş Rodivoyeviç
38. İlkin Muradov
47. Əmrah Bayramov

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 6-cı tura yekun vurulub. “Sumqayıt” FK “Bayıl Arena”da “Zirə”ni qəbul edib. Qeyd edək ki, futbolçumuz Bəxtiyar Həsənalızadə bugünki matçla birlikdə Premyer Liqada 150-ci oyununa çıxıb. Qarşılaşmanın startından öncə komandamızın prezidenti Riad Rəfiyev rəmzi “150” nömrəli futbolkanı Həsənalızadəyə təqdim edib. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Nazim Süleymanovun yetirmələri Atilla Yıldırımın 16-cı dəqiqədə vurduğu qolla minimal hesablı qələbə qazanaraq, 3 xalı aktivinə yazdırıb. Komandamız 6-cı turun yekununda 10 xalla 3-cü pillədə qərarlaşıb.
Nazim Süleymanov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Yaxşı oynadıq. Çox gərgin oyun keçdi və bunun şahidi oldunuz. Futbolun meyvəsi qoldursa, təkcə bu çatmırdı. Qol epizodları yaratdıq, bəzilərindən istifadə edə bilmədik. Qələbə qazanmaq hər zaman xoşdur. Lakin, minimal hesabla irəlidə olmaq çox pisdir. Çünki rəqib hesabı bərabərləşdirə bilər. Futbolçularıma təşəkkür edirəm. Onlar meydanda özlərini daha rahat hiss etməlidirlər”.