07/03/2012

“Sumqayıt” AZAL-la qarşılaşıb


AZAL – “Sumqayıt” 6:3
07 mart 2012. Saat 14:00. “AZAL Arena” stadionu. 300 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Yaşar Abbasov
Dördüncu hakim: Vüsal Əliyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Rüfət Hüseynov
Sarı vərəqələr: Branislav Arsenijeviç, 13 (hakimin qərarına etiraz); Tural Nərimanov, 18 (qeyri-idman hərəkəti); Mindaugas Daunoraviçius, 77 (qeyri-idman hərəkəti); Viktor İqbekoyi, 87 (qeyri-idman hərəkəti) // Orxan Həsənov (Oyun başlamazdan əvvəl "qeyri-idman hərəkəti" etdiyinə görə); Murad Səttarlı, 27 (qeyri-idman hərəkəti); Eşqin Quliyev, 36 (qeyri-idman hərəkəti); Tərlan Quliyev, 84 (hakimin qərarına etiraz)
Qollar: Tales Şütz, 31; 70; Zohair Benouahi, 34; 53; Branislav Arsenijeviç, 55; Tərlan Xəlilov, 72 // Orxan Əliyev, 54; Uğur Pamuk, 76; Emin Mustafayev, 77 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.

AZAL
12. Cahangir Həsənzadə (k)
2. Robert Petrov
3. Usim Nduka
(15. Georgi Bogihu, dəq.74)
6. Mindaugas Daunoraviçius
10. Nuqzar Kvirtiya
(7. Tərlan Xəlilov, dəq.62)
11. Zohair Benouahi
16. Branislav Arsenijeviç
17. Viktor İqbekoyi
19. Hüseyn Axundov
(14. Orxan Səfiyaroğlu, dəq.61)
23. Tales Şütz
25. Tural Nərimanov

Ehtiyat oyunçular:
1. Amil Ağacanov
9. Elşən Məmmədov
13. Şəhriyar Rəhimov
22. Elgün Abbaslı

Baş məşqçi: Rafiq Mirzəyev

“Sumqayıt”
12. Sahil Kərimov
15. Tərlan Quliyev
16. Hacı Əhmədov
20. Timur İsrafilov
(95. Ruslan Nəsirli, dəq.69)
52. Bədavi Hüseynov
10. Eşqin Quliyev (k)
25. Uğur Pamuk
19. Orxan Əliyev
(7. Mahmud Qurbanov, dəq.57)
21. Murad Səttarlı
(8. Emin Mustafayev, dəq.46)
91. Ruslan Qurbanov
11. Kamil Nurəhmədov

Ehtiyat oyunçular:
55. Andrey Popoviç
90. Yasin Abbasov
50. Samir Abdulov
9. Orxan Həsənov

Baş məşqçi: Bernhard Raab

Unibank Premyer Liqasının XIX turu çərçivəsində “Sumqayıt” Futbol Klubu səfərdə AZAL-a 3:6 hesabı ilə məğlub olub. Komandamızdan qolları Orxan Əliyev, Emin Mustafayev və Uğur Pamuk vurub.

Bernhard Raab (“Sumqayıt”ın baş məşqçisi):
“Azarkeşlər üçün maraqlı oyun oldu, bu oyunda 9 qol izlədik. Komandamın oyununu bəyənmədim, müdafiədə səhvlər buraxdıq. Sevinirəm ki, buraxılan qolların sayı 10 olmadı. İlk 3 qolu rəqibə “hədiyyə” etdik. Bundan sonra oyunun gedişini dəyişmək çətin oldu. Bu oyun göstərdi ki, komandada dəyişikliklər labüddür”.

Rafiq Mirzəyev (AZAL-ın baş məşqçisi):
“Oyuna ciddi yanaşmışdıq, “Sumqayıt” klubunun bir çox oyunçusu U-21 milli komandasının üzvüdür. “Sumqayıt”la açıq oyun getdi. “Altılıq”dan kənar qaldıq, bu 3 xal bizim üçün gec oldu. Bundan sonra əsas hədəfimiz ölkə kubokunu qazanmaq olacaq”.