27/09/2018

“Sumqayıt-2” qələbələrini sıralamaqda davam edir


I Divizionda 5-ci turun oyunlarına start verilib. “Sumqayıt” FK-nın əvəzediciləri bu tur Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ-2” ilə qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri 3 xalı 3 qolla əldə ediblər. Komandamızın qollarına Murad Xaçayev, Əli Əliyev və Elvin Nəsibov imza atıb.
Qeyd edək ki, “Sumqayıt-2” I Divizionda meydana çıxdığı 5 qarşılaşmanın hamısını qələbə ilə başa vurub. Komandamız çempionatın vahid lideridir.

“Sumqayıt-2” – “Qarabağ-2” 3:0
Qollar: Murad Xaçayev, 28; Əli Əliyev, 34; Elvin Nəsibov, 71.