25/09/2018

"Sumqayıt" - "Zirə" oyununu Vüqar Həsənli idarə edəcək


Topaz Premyer Liqasında 6-cı turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Zirə” qarşılaşmasını Vüqar Həsənli idarə edəcək. Zeynal Zeynalov və Rza Məmmədov yan xətlərdə Həsənliyə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Əliyar Ağayev olacaq.
Bundan başqa, I divizionun 5-ci turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Qarabağ-2" qarşılaşmasını Nail Nağıyev idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Zirə” qarşılaşması 30 sentyabr, saat 20:00-da "Bayıl Arena"da, "Sumqayıt-2" - "Qarabağ-2" qarşılaşması isə 27 sentyabr, sat 15:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

30 sentyabr (bazar)

“Sumqayıt” – “Zirə”
Hakimlər:
Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
“Bayıl Arena”, 20:00 (CBC Sport, canlı)

27 sentyabr (cümə axşamı)

“Sumqayıt-2” – “Qarabağ-2”
Hakimlər:
Nail Nağıyev, Eyyub İbrahimov, Elman Musayev, Vüsal Əliyev
Hakim-inspektor: Akif Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30